Ukrayna Rusiyanın enerji sistemindən ayrılıb

24 Fevral 2022 08:08

Ukraynanın enerji təchizatı sistemi bu gecə Belarus və Rusiyadan ayrılıb və tam müstəqil işləyir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrenergo şirkəti məlumat yayıb.

Qeyd olunur ki, Ukraynanın enerji təchizatı sistemi bu gecə test məqsədi ilə Belarus və Rusiyadan ayrılıb və tam müstəqil işləyir. Gələcəkdə ölkə Avropanın enerji təchizatı sisteminə qoşulacaq

Milli.Az