Rusiya Donbasda xüsusi hərbi əməliyyata başlayır - Putin göstəriş verdi

24 Fevral 2022 07:33

Rusiya Prezidenti Vladimir Putin "Donbasın müdafiəsi üçün" xüsusi əmliyyat keçirilməsi barədə göstəriş verib.

O, qondarma "DXR" və "LXR" rəhbərlərinin müraciətləri əsasında Şərqi Ukraynada xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, V.Putin bildirib ki, Rusiyanın planlarına Ukraynanın ərazilərini işğal etmək daxil deyil.

Onun sözlərinə görə, ədalət və həqiqət Rusiyanın tərəfindədir.

Milli.Az