Ukraynada futbol yarışları dayandırılır

23 Fevral 2022 23:25

Ukraynada bütün futbol yarışlarının dayandırması planlaşdırılır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sabah Ukrayna Futbol Assosiasiyasının ( UAF ) İcraiyyə Komitəsinin iclası olacaq. 

İclasda fövqəladə vəziyyət dövründə ölkədə futbol turnirlərinin dayandırılması barədə qərar verilməsi gözlənilir.

Ukrayna və Rusiya arasında münasibətlərin kəskinləşməsi səbəbindən bu addımın atılacağı bildirilir

Milli.Az