Türkiyə Yunanıstana nota verib

23 Fevral 2022 20:42

Yunanıstanın Türkiyədəki səfirliyinin müşaviri Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumatı NTV kanalı yayıb.

Qeyd olunub ki, yunan müşavirə Türkiyə vətəndaşlarının Yunanıstanın Sahil Təhlükəsizliyi əməkdaşları tərəfindən hücuma məruz qalmaqları ilə bağlı etiraz notası təqdim edilib.

Milli.Az