Müdafiə Nazirliyinin sabiq idarə rəisi həbs edildi

23 Fevral 2022 19:17

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edilib.

Bu barədə Milli.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Milli.Az