Ukraynada ehtiyatda olan hərbçilərin çağırışı başlayıb

23 Fevral 2022 18:36

Ukraynada ehtiyatda olan 18 yaşdan 60 yaşa qədər şəxslərin çağırışı başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Prezident Volodimir Zelenskinin sərəncamı ilə 18-60 yaş arasında ehtiyatda olan zabit, əsgər və çavuş heyəti hərbi xidmətə çağırılıb.

Çağırış bu gün başlayıb və maksimum 1 il xidmət nəzərdə tutulur.

Milli.Az