Türkiyə BƏƏ-dən Sedat Pekerin həbs edilməsini tələb edib

23 Fevral 2022 18:00

Türkiyə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) mütəşəkkil cinayət təşkilatının lideri Sedat Pekerin müvəqqəti həbs edilməsini tələb edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sedat Peker "qırmızı bülleten"lə axtarışdadır və onun barəsində qiyabi həbs qərarı çıxarılıb.

Milli.Az