Bakı-Qazax yolunda qəza olub, 10-a yaxın şəxs xəsarət alıb

23 Fevral 2022 14:48

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, mikroavtobusla minik maşınının toqquşması nəticəsində 10-a yaxın şəxs xəsarət alıb. Hadisə zamanı xəsarət alanlar təcili tibbi yardım maşınları ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az