Rusiyada COVID-dən ölənlərin sayı 347 815 nəfərə çatıb

23 Fevral 2022 19:00

Rusiyada son sutka ərzində daha 137 142 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 15 795 570 nəfərə çatıb.

Son sutka ərzində 785 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 347 815 nəfərə çatıb.

Milli.Az