Gürcüstanda koronavirusdan ölənlərin sayı 17 minə yaxınlaşıb

23 Fevral 2022 12:42

Gürcüstanda son sutkada daha 10 230 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 48 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 7 223 nəfər müalicə olunaraq sağalıb.

Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 575 999 nəfər yoluxub. Onların 1 429 763-ü sağalıb, 16 981-i isə vəfat edib.

Milli.Az