Atasından danışan Gülay Zeynallı göz yaşlarını saxlaya bilmədi - VİDEO

23 Fevral 2022 15:18

Müğənni Gülay Zeynallı yeni xəbərlə gündəmə gəlib. 

Milli.Az BAKU.WS-ə istinadən xəbər verir ki, verilişlərdən birində qonaq olan sənətçi atasından danışıb. Valideyninin onunla fəxr etdiyini deyən Gülay kövrələrək göz yaşlarını saxlaya bilməyib:

"Bu yaxınlarda Göyçayda toyda idim. Bir oxuyan oğlan var idi. Mənə yaxınlaşıb bildirdi ki, Gülay xanım, hər dəfə sizin atanız toya gələndə məni çağırır, deyir ki, Gülay mənim qızımdır. Onun mahnısı "Röyamdasan"ı ifa et. Sonra bildim ki, atam mənimlə fəxr edirmiş".

Milli.Az