13 yaşlı qız itkin düşüb - FOTO

23 Fevral 2022 10:42

Yevlaxda 13 yaşlı qız itkin düşüb.

Milli.Az xəbər verir ki, şəhər sakini, 2009-cu təvəllüdlü Kərimova Röya Taleh qızı fevralın 22-də 17:30 radələrində yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Hazırda onun axtarışları davam etdirilir. Onu görənlərdən DİN-in "102" xidmətinə məlumat vermələri xahiş olunur.

Milli.Az