Rusiyaya qarşı qəti addımlar atacağam - Bayden

23 Fevral 2022 09:12

Sanksiyalar Rusiya Federasiyasına zərbə vuracaq, lakin Vaşinqton ABŞ iqtisadiyyatını qorumaq üçün lazım olan hər şeyi edəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

"Mən qətiyyətli addım atacağam ki, sanksiyaların ağrıları Rusiya iqtisadiyyatına yönəlsin, bizə deyil", - deyə Ağ Ev rəhbəri bildirib.

Onun sözlərinə görə, ABŞ enerji resurslarının təchizatında mümkün fasilələr məsələsini öyrənəcək, bunun üçün neftin əsas istehlakçıları və tədarükçüləri ilə razılaşdırılmış iş aparacaq.

Milli.Az