Blinken Lavrovla görüşü ləğv etdi: Mənası yoxdur!

23 Fevral 2022 09:36

ABŞ Dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla fevralın 24-nə planlaşdırılan görüşü ləğv edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Blinken Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə görüşdə bildirib.

O qeyd edib ki, artıq Ukraynaya başlayan işğal kontekstində bunun mənası yoxdur:

"İndi bu görüşdən irəli getməyin mənası yoxdur. Müttəfiqlərimiz və tərəfdaşlarımızla məsləhətləşdim, hamısı razılaşdı".

Blinken ötən gün Lavrova məktub göndərərək qərarla bağlı məlumat verdiyini deyib.

Milli.Az