Xalq artisti vəfat etdi

23 Fevral 2022 09:18

Rusiyanın Xalq artisti Oleq Vavilov vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir neçə saat əvvəl 72 yaşında dünyasını dəyişən aktyorun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Oleq Vavilov 2021-ci ilin mayında beynin qan dövranının kəskin keçici pozuntusu diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi. Aktyor "Qəribə qadın", "Allahın gözü", " Hər kəsə təşəkkür" və "Kədər yox idi" filmlərindəki obrazları ilə məşhurlaşıb.

Milli.Az