"Dua edərək arıqlayıram" - Hakan Ural

23 Fevral 2022 09:42

Türkiyəli aktyor-aparıcı Hakan Ural artıq çəkidən necə xilas olmasının yolunu açıqlayıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı dua edərək arıqladığını bildirib:

"Hər zaman çəki ata bilirəm. Dua edirəm. Çəkini alan da, verən də sənsən, əsl sirr səndədir. Vallah dua edirəm. Allahım, sən kömək et deyirəm".

Qeyd edək ki, H.Ural müğənni Sibel Canın keçmiş həyat yoldaşıdır.

Milli.Az