Hamilə qadınlar barədə gözlənilməz qərar: 24-cü həftəyə qədər... - Sevinclə qarşılandı

23 Fevral 2022 03:22

Kolumbiyanın Konstitusiya məhkəməsi hamilə qadınlar barədə gözlənilməz qərar qəbul edib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, qərarə görə, qadınlar hamiləliyin 24-cü həftəsinə qədər uşaqdan imtina edə bilər.

Qeyd edək ki, əvvəllər uşaqdan imtina edən qadınlar və bunu edən həkimlər məsuliyyətə cəlb edilirdi. Bundan sonra isə hamiləliyin 24-cü həftəsindən sonra uşaqdan imtina edənlər məsuliyyətə cəlb ediləcək. Məhkəmənin qərarına bir qrup qadın aksiya təşkil edərək, müsbət münasibət bildirib.

Milli.Az