Rusiyada daha 135 172 nəfər COVID-19-a yoluxub

22 Fevral 2022 16:18

Rusiyada son sutka ərzində daha 135 172 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 15 657 928 nəfərə çatıb.

Son sutka ərzində 796 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 346 031 nəfərə çatıb.

Milli.Az