Belçikada əyləncə parkına gələnlər altı saat 37 metr yüksəklikdə qaldılar - VIDEO

22 Fevral 2022 16:12

Belçikanın Flandriya şəhərindəki "Plopsaland" əyləncə parkında texniki qəza baş verib.

İçərisində 7 nəfərin olduğu dəmiryol atraksionu 37 metr yüksəklikdə ikən qəfil dayanıb.

Xilasetmə əməliyyatına yanğınsöndürmə briqadası cəlb edilib.

Qatar yalnız 6 saatdan sonra aşağı endirilib.

Qəzanın səbəbləri araşdırılır.

Milli.Az