Müğənni-bəstəkar Ramal İsrafilov modelyerlik edəcək.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Səhər mərkəzi" proqramında deyib. O bildirib ki, yeni kolleksiyası hazırlayır:
"Yeni firmam var, özüm geyimlər yaratmışam. Yaxın günlərdə təqdim olacaq. Hərdən əllərim qapqara oluram. Deyirlər, Ramal istedadlıdır. Mən də istedadımı bu yöndə göstərirəm".
Ramal onu tənbəl adlandıranlara isə bunu söyləyib:
"Məndən qorxurlar efirə, tədbirə dəvət etmirlər. Deyirlər, tənbələm. Mənim heç vaxt yaxşı klipim olmayıb. Yaxşı klip hazırlasınlar, gəlib məni evdən götürüb aparsınlar".
Milli.Az