"Bu adı tək qazanmamışam" - Qara Qarayev

22 Fevral 2022 21:59

"İdman ustası" adına layiq görüldüyüm üçün Gənclər və İdman nazirliyinə təşəkkür edirəm".

Bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev öz İnstaqram səhifəsində yazıb.

30 yaşlı yarımmüdafiəmi "İdman ustası" dərəcəsini təkbaşına qazanmadığını bildirib: "Bu adı mənə qazandıran - klub rəhbərliyi, baş məşqçi, komanda yoldaşlarım və azarkeşlərimizə təşəkkür edirəm. Buna layiq görülməyimdə onların da zəhməti var. Təşəkkürlər, "Qarabağ"!"

Milli.Az