Tatlısəs ailəsindən gileyləndi: "Xəstəyəm, təkəm"

22 Fevral 2022 09:12

Türkiyəli müğənni İbrahim Tatlısəs aparıcılığını etdiyi "İbo show" verilişində ailəsi ilə bağlı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi ailəsindən gileylənib:

"Bu saatdan sonra heç kimə hesabat vermərəm, verdiyimi vermişəm. Övladlarımın gələcəyini sığortalamışam, artıq məsuliyyət daşımıram. Ailəm yanımdadır? Yox! Xəstəyəm, təkəm. Kimsə var yanımda? Yox!".

Milli.Az