Aktrisa evlilik təklifindən danışdı: "Naz elədim"

22 Fevral 2022 10:24

"Evlilik hakkında her şey" serialında baş rolu canlandıran aktrisa Gökçe Bahadır müsahibəsi zamanı şəxsi həyatından bəhs edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, fevralın 25-də musiqiçi sevgilisi Emir Ersoyla nikah masasına əyləşməyə hazırlaşan aktrisa evlilik təklifi aldığı andan danışıb:

"Küçədə yeriyəndə birdən dayandı, "mənimlə evlənərsən" dedi. Birinci qəbul etmədim, naz elədim. Amma təklif istədiyim kimi oldu. Buna görə xoşbəxtəm".

Qeyd edək ki, aktrisa Ali Sunaldan 2012-ci ildə boşanıb.

Milli.Az