İtaliyanın Avstraliyadakı səfiri Françeska Tardioli tətilə getdiyi ölkəsində ölüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, İtaliya mətbuatında çıxan xəbərlərə görə, bir neçə günlük tətilini keçirmək üçün doğulduğu Folinyoda olan səfir qaldığı evin üçüncü mərtəbəsinin eyvanından yıxılaraq həyatını itirib.
Bildirilir ki, 56 yaşlı Tardioli 2019-cu ilin sentyabrından İtaliyanın Avstraliyada, Kanberradakı səfiri vəzifəsində çalışır.
Milli.Az