Bakı sakini güllələnib

22 Fevral 2022 08:22

Bakının Suraxanı rayonunda güllələnmə hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.

1987-ci il təvəllüdlü Cavadov İlkin Miraslan oğlu naməlum şəxs tərəfindən odlu silah vasitəsilə güllələnib. O, sol bazu və döş qəfəsindən güllə yaraları ilə xəstəxanaya yerləşdirilib. Hazırda İ.Cavadov cərrahi əməliyyat olunur.

Milli.Az