Bakıda gənc oğlan bıçaqlanıb

22 Fevral 2022 08:12

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Məzahir Rüstəmov küçəsində qeydə alınıb. 1999-cu il təvəllüdlü Teymurov Emil Vidadi oğlu dava zamanı bıçaqlanıb. O, qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az