Varşavada körpü bayrağımızın rəngləri ilə işıqlandırılıb - FOTO

22 Fevral 2022 07:35

Polşanın paytaxtı Varşavada Visla çayı üzərində yerləşən və şəhərin ən füsunkar körpülərindən olan Şlonsko-Dombrovski körpüsü Azərbaycan Respublikasının Dövlət Bayrağının çalarları ilə işıqlandırılıb.

Azərbaycanın Polşadakı Səfirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında doplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümün qeyd edilməsi məqsədilə Səfirliyin təşəbbüsü ilə 21 fevral tarixində Varşavanın Visla çayı üzərində yerləşən ən füsunkar körpülərindən olan Şlonsko-Dombrovski körpüsü Azərbaycan Respublikasının Dövlət Bayrağının çalarları ilə işıqlandırılmışdır.

Milli.Az