Zelenski Makron və Şoltsla telefonla danışıb

21 Fevral 2022 22:15

Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon əlaqəsi saxlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti "Twitter" hesabında məlumat verib.

"Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında verilən bəyanatları nəzərə alaraq, Fransa Prezidenti Emmanuel Makron və Olaf Şoltsla təcili məsləhətləşmələr keçirdim", o bildirib.

Ukrayna Prezidenti əlavə edib ki, o, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb.

Milli.Az