Rusiya 5 ukraynalı hərbçinin öldürüldüyünü açıqlayıb, Ukrayna isə təkzib edir

21 Fevral 2022 17:42

Ukrayna ərazisindən bir qrup şəxs tərəfindən Rusiya Federasiyasının dövlət sərhədini pozmağa cəhd edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə jurnalistlərə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 21 fevral 2022-ci il tarixində, Moskva vaxtı ilə saat 06:00 radələrində, Rostov vilayətinin Mityakinskaya qəsəbəsi ərazisində, Rusiya Federasiyasının Ukrayna Respublikası ilə dövlət sərhədinin kəsişməsində toqquşma baş verib. Nəticədə 5 ukraynalı hərbçi öldürülüb.

Qeyd olunub ki, Rusiya Federasiyasının hərbçiləri və FTX-nin sərhəd qoşunlarından xəsarət alan olmayıb.

Ukrayna tərəfi isə Rusiyanın yaydığı bu məlumatı təkzib edərək həmin ərazidə hərbçilərinin olmadığını bəyan edib.

Milli.Az