Oğluna 77 minlik hədiyyə aldı

22 Fevral 2022 04:22

Dünyaca məşhur reper Dreyk oğluna aldığı hədiyyə ilə gündəm olub.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, övladı Adonisin ad günü üçün brillantlarla bəzədilmiş üzük hazırlatdırıb.

Onun hədiyyəsinin qiyməti isə hər kəsi təəccübləndirib.

Dreyk Adonis üçün 77 min dollar xərcləyib.

Milli.Az