Xatirə, Natavan və Elşadı tənqid etdi: "Onların fikri xəyaldır" - VİDEO

21 Fevral 2022 19:12

Əməkdar artist Elton Hüseynəliyev efirlərə çıxmaq üçün pul tələb edən müğənnilər Xatirə İslam, Natavan Həbibi və reper Elşad Xoseyə etiraz edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, müğənni "Şourum"da deyib: "Onlar mənim sənət dostum yox, həmkarlarımdır. Dost sözünün qabağında nəsə olmur. Onların yanaşması qeyri-peşəkardır. Ha deyin ki, 100 minə toya gedirəm. Görün o qiymətə çağıran var?

Reallıq var. Reallığı qəbul etmək lazımdır. Deyirlər pul verin, verilişə gəlim. Gəlmirsən gəlmə. Fikir yaxşıdır. Amma xəyaldadır. Sözümdən inciməsinlər. Biz insanlar xəyallarda yaşamağı sevirik". 

Milli.Az