Yanvar ayında ixrac 90 faiz artıb - Mikayıl Cabbarov

21 Fevral 2022 11:32

Yanvar ayında ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 90,1%, qeyri-neft sektoru üzrə ixrac isə 59% artıb.

Milli.Az bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Bu, ölkə iqtisadiyyatının diversifikasiyasının davam etdirilməsi və yerli sahibkarların xarici bazarlara çıxış imkanlarının təşviqinin uğurlu nəticəsidir", - nazir vurğulayıb.

Milli.Az