Gürcüstanda koronavirusdan ölənlərin sayı 15 888 nəfərə çatıb

21 Fevral 2022 12:48

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 775 yoluxma halı qeydə alınıb, 32 nəfər ölüb.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 553 668, ölənlərin sayı isə 15 888 nəfərə çatıb. Virusa yoluxanlardan 1 407 776 nəfərin sağaldığı bildirilib.

Milli.Az