Bir gecədə aldığı "çaypulu"nun məbləğini açıqladı - "yarıçılpaq ofisiant"dan heyrət doğuran etiraf - VİDEO

22 Fevral 2022 02:22

Yarıçılpaq halda ofisiant işləməsi ilə tanınan restoranın işçisi Jade Amber bir gecədə qazandığı bəxşişlə bağlı paylaşım edib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, restoranda bir gecədə 900 dollara qədər bəxşiş ala bildiyini deyən Amberin açıqlaması sürpriz yaradıb: "Əlbəttə pis günlər də oldu. Normalda 50 dollardan 100 dollara qədər "çaypulu" alırıq. Bəzi günlərdə iş olmadığı üçün evə göndərildik. Amma belə günlərə nadir hallarda rast gəlinir".

Anar Əli
Milli.Az