“Susanı qorxaq, bağışlayanı zəif sayırlar”

21 Fevral 2022 11:48

"Düzdür bir xeyli vaxtım getdi, amma anladım. Anladım ki, insanlar susanı qorxaq, özünü görməzliyə vuranı dəli və ya səfeh, bağışlamağı bacaranları zəif sayırlar".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri feysbuk statusunda aktyor Kamran Ağabalayev qeyd edib. O, deyib ki, hamı biz istədiyimiz qədər həyatımızdadır:

"Göz yumduğumuz qədər haqlısınız və susduğumuz qədər insansınız. Susduğumuz qədər inanırıq sizə, susduğumuz qədər yalan dinləyirik. Səbəb? Xoşbəxt olmaq istəyirik! Əslində hər səhər gözümüzü açanda o qədər xoşbəxt olmalıyıq ki, oluruq? Xeyr! Sadəcə biz nankoruq !".

Milli.Az