Türkiyə Afrika ölkəsinə 1 milyon dozadan çox peyvənd göndərəcək

20 Fevral 2022 23:20

Türkiyə Konqo Demokratik Respublikasına 1 milyon "Sinovac" və 100 min doza TURKOVAC peyvəndi göndərəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konqolu həmkarı Feliks Tşisekedi ilə görüşündən sonra birgə mətbuat konfransında bildirib.

O, qeyd edib ki, peyvəndlər Türkiyə Səhiyyə Nazirliyi tərəfindən yaxın günlərdə Konqo Demokratik Respublikasına göndəriləcək.

Milli.Az