NATO Ukrayna ətrafında davam edən böhranın həlli üçün istənilən diplomatik səyləri dəstəkləyir.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq CBS telekanalına müsahibəsində bildirib. Təşkilat sədrinin sözlərinə görə, əsas vəzifə hərbi münaqişənin qarşısını almaqdır.
"İlk növbədə, Ukraynaya qarşı yeni silahlı hücumun qarşısını almaq vacibdir. Bu səbəbdən biz NATO müttəfiqlərinin siyasi həll yolu tapmaq üçün göstərdiyi bütün səyləri dəstəkləyirik", deyə - Stoltenberq CBS televiziyasında deyib.
Stoltenberq əlavə edib ki, bu məqsədlə alyans həm də Rusiya-NATO Şurasının yeni iclasını keçirməyə hazırdır.
Milli.Az