Rostova 40 mindən çox qaçqın yerləşdirilib - Çupriyan

21 Fevral 2022 05:31

Rostov vilayətinə Donbasdan 40 mindən çox sakin gəlib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya fövqəladə hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyan deyib.

"Donbası tərk etmək məcburiyyətində qalan 40 mindən çox insan Rusiyaya gəlib. Hazırda onlar Rostov vilayətinə yerləşdirilirlər", - Çupriyan bildirib.

Onun sözlərinə görə, 2 mindən çox insan Voronej və Kursk vilayətlərinə göndərilib.

Milli.Az