"Barselona"nın hücumçusu Frenk de Yonq Lionel Messini dünyanın ən yaxşı futbolçusu adlandırıb.
"Mən onu demək olar ki, futbolun bütün aspektləri üzrə dünyanın ən yaxşı futbolçusu hesab edirəm. Məşq etdiyimiz hər şeydə - sonlandırma, mövqe oyunu, nə olur olsun hər şeydə ən yaxşı idi. Onunla bağlı təriflərin heç biri şişirdilməyib. Mənim üçün o hər zaman ən yaxşıdır", - deyə futbolçu bildirib.
Milli.Az