Rusiya mövqeyini dəyişmədi: cavabımız "xeyr"dir - ABŞ

20 Fevral 2022 16:07

Rusiya ABŞ-ın təhlükəsizlik təkliflərinə cavab olaraq müəyyən məsələlərdə mövqeyini dəyişmək istəmədiyini nümayiş etdirib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Entoni Blinken çıxış edib.

"Rusiya bizim sadiq olduğumuz əsas prinsiplərimizlə əsaslı ziddiyyət təşkil edən mövqe tutmaqda davam edir", - Blinken vurğulayıb.

Blinken qeyd edib ki, təhlükəsizlik dialoqunda müzakirə üçün konkret ideyalar var: "Lakin NATO-nun yeni üzvləri qəbul etməkdən imtina etməsinə gəlincə, cavab "xeyr"dir".

Onun fikrincə, ABŞ və Rusiya qarşılıqlı inam yaratmaq, riskləri azaltmaq və silahlara nəzarət etmək üçün birlikdə işləyə bilərlər.

Milli.Az