"Dərhal evlənək"

20 Fevral 2022 14:07

Aktrisa Aslı Enverlə sevgilisi, iş adamı Önder Öztarhan ailə həyatı qurmağa hazırlaşır.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, iş adamının Aslıya evlilik təklifi etdiyi bildirilib. Aktrisa cavabında "Dərhal evlənək" reaksiyasın verib. Artıq ailələrin tanış olduğu iddia olunur. Cütlüyün toyu yayda baş tutacaq.

Qeyd edək ki, cütlüyün münasibətdə olduğu paparatsilərə tuş gəldikdən sonra ortaya çıxıb. Aslı Öztarhandan əvvəl müğənni Murad Bozla münasibətdə olub.

Milli.Az