Husilər yaşayış məntəqəsinə ballistik raketlər atdı

20 Fevral 2022 13:52

Husilər Marib əyalətində mülki yaşayış məntəqələrinin olduğu məhəllələri 5 ballistik raketlə hədəfə alıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Marib valiliyi Tvitter hesabında bəyanat yayıb.

Sözügedən iddihamla bağlı husilər heç bir açıqlama verməyiblər.

Yəmənin informasiya naziri Müəmmər İryani məlumatı təsdiqləyib.

O, Husilərin Maribin cənubundakı Harib bölgəsində PUA ilə həyata keçirdiyi hücumda 3 uşağın ağır yaralandığını açıqlayıb.

Milli.Az