“Avropalılar Rusiyaya xəbərdarlıq ediblər”

19 Fevral 2022 23:11

"Avropalılar və transatlantik ictimaiyyət Rusiyaya Ukraynaya hərbi təcavüzün ciddi səhv olacağı barədə xəbərdarlıq ediblər".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts 58-ci Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.

Kansler Avropada müharibə təhlükəsinin olduğunu və bu riskin hələ də qarşısının alınmadığını, bu məsələnin də iqlim dəyişikliyi və COVID-19 epidemiyası ilə mübarizəni istisna etdiyini bildirib.

Milli.Az