“Bayden Putinlə görüşməyə hazırdır” - Blinken

19 Fevral 2022 22:59

"Biz Ukrayna böhranının diplomatik həlli yolunu tapmağa çalışırıq. Çünki münaqişə, müharibə və təcavüz heç kimin maraqlarına xidmət etmir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken deyib.

"Əgər diplomatiyanın və sülhün xeyrinə olacaqsa, Bayden Putinlə görüşməyə hər zaman hazırdır" - deyə Blinken əlavə edib.

Milli.Az