Türkiyədə daha 278 koronavirus xəstəsi vəfat edib

19 Fevral 2022 21:56

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 278 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "twitter" səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 462 min 252 nəfərin test edildiyi, 80 min 454 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 96 min 664 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Milli.Az