Goranboyda minik avtomobili "KamAz"a çırpılıb

19 Fevral 2022 21:53

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes " markalı minik avtomobili "KamAz"a arxadan çırpılıb. Qəza zamanı minik maşınında olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az