Sumqayıt TKQ rəisi saxlanmayıb - Aztelekom

19 Fevral 2022 21:47

"Aztelekom" MMC bildirir ki, Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun saxlanılması və ya həbs olunması barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu "Aztelekom" MMC-nin rəsmi "Facebook" səhifəsində yerləşdirilmiş paylaşımda qeyd olunur.

Bildirilir ki, hazırda audit planına uyğun olaraq "Aztelekom" MMC-nin Daxili audit şöbəsi tərəfindən Sumqayıt TKQ də daxil olmaqla müxtəlif tabeli qurumlarda audit yoxlamaları aparılır.

Milli.Az