Peyvənd olunanların sayı açıqlanıb

19 Fevral 2022 18:38

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 36 569 vaksin vurulub.

Milli.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 738, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 555, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 30 174, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 102 nəfərdir.

Milli.Az