Əslində üçü də kişidir - FOTO

19 Fevral 2022 16:06

Son illərdə narkotik ticarətinin artdığı ölkələrdən biri olan Əlcəzairdə qadın geyimində 3 narkotika alverçisi yaxalanıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, narkotik alverçiləri polisdən gizlənmək üçün hicab taxıb və üzlərini makiyaj ediblər.

Qeyd edilir ki, narkotik ticarəti Əlcəzairdə artan problemlərdən biridir və ölkədə 2020-2021-ci illər arasında narkotik ticarətində 1584 faiz artım müşahidə olunur.

Anar Əli
Milli.Az