Rusiyada COVID-dən ölənlərin sayı 344 755 nəfərə çatıb

19 Fevral 2022 18:18

Rusiyada son sutka ərzində daha 179 147 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 15 199 720 nəfərə çatıb.

Son sutka ərzində 798 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 344 755 nəfərə çatıb.

Milli.Az